Daily Archives: 02.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏKBƏR MUSTAFAYEV

Стандартный

Əkbər Natiq oğlu Mustafayev (2 iyul 2000Bərdə rayonuAzərbaycan — 10 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Əkbər Mustafayev 2000-ci il iyulun 2-də Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kəndində anadan olub. Subay idi.

Əkbər Mustafayev 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə «gizir» hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əkbər Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əkbər Mustafayev oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı həlak olub. Bərdə rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT TURAL EYVAZOV

Стандартный

Tural Yadulla oğlu Eyyubov (2 iyul 1992MollakəndKürdəmir rayonu – 25 oktyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Tural Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində Yadulla və Gülnarə Eyyubovların ailəsində anadan olub. 1993-cü ilin iyulunda Eyyubovlar ailəsi Rusiyada yaşamağa başladılar. 1998-2005-ci illərdə təhsilini Rusiyada alıb. 2005-2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb.

2009-2013-cü illərdə Bakı Dövlət Universitetində (BDU) «Tətbiqi-riyaziyyat» üzrə ali təhsil alıb. Ailəli idi.

Tural Eyyubov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və «leytenant» hərbi rütbəsi alıb.

Azərbaycan Ordusunun leytenantı olan Tural Eyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Eyyubov oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub. Kürdəmir rayonunda dəfn edilib.