Mahir Bəxtiyar oğlu Paşayev (1 iyul 1997; Cəlilabad rayonu, Azərbaycan — 9 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Mahir Paşayev 1997-ci il iyulun 1-də Cəlilabad rayonunun Əsədli kəndində anadan olub.
Mahir Paşayev 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahir Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mahir Paşayev oktyabrın 9-da Xocavənd döyüşləri zamanı həlak olub.
Для отправки комментария необходимо войти на сайт.