Daily Archives: 01.07.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ASƏF MƏMMƏDOV

Стандартный

Asəf Mehman oğlu Məmmədov (1 iyul 1995PoyluAğstafa rayonuAzərbaycan — 8 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Asəf Məmmədov 1995-ci il iyulun 1-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 2001–2012-ci illərdə Poylu qəsəbə tam orta məktəbində təhsil alıb.

Asəf Məmmədov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asəf Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Asəf Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAHİR PAŞAYEV

Стандартный

Mahir Bəxtiyar oğlu Paşayev (1 iyul 1997Cəlilabad rayonuAzərbaycan — 9 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Mahir Paşayev 1997-ci il iyulun 1-də Cəlilabad rayonunun Əsədli kəndində anadan olub.

Mahir Paşayev 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahir Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı FüzulininHadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mahir Paşayev oktyabrın 9-da Xocavənd döyüşləri zamanı həlak olub.