VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN QULUZADƏ

Стандартный

Orxan Elxan oğlu Quluzadə (29 iyun 1994LənkəranAzərbaycan — 8 noyabr 2020Zəngilan rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub.  2000-2011-ci illərdə S. Vurğun adına 4 nömrəli Humanitar Təmayüllü Liseydə təhsil alıb. Ailəli idi. Ayla adında bir qızı yadigar qaldı.

Orxan Quluzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Orxan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Quluzadə noyabrın 8-də Zəngilan döyüşləri zamanı Şükürataz dağı istiqamətində həlak olub.

Реклама

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.