Hüseyn Fərman oğlu İsmayılov (26 iyun 1996; Qayabaşı, Şəki rayonu, Azərbaycan SSR — 5 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Hüseyn İsmayılov 26 iyun 1996-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə alıb. Ailəli idi, 2 övladı yadigar qaldı.
2008-ci ildə hərbi xidmətə yollanan Hüseyn hərbi xidmət müddətində Aprel döyüşlərində də iştirak etmişdir. O, 21 yaşında, 2017-ci ildə MAHHXHQ əsgər olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə ağır yara aldığına görə xəstəxanaya yerləşdirilsə də, 4 noyabr tarixində yenidən döyüş meydanına qayıtmışdır. 1 gün sonra 5 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.