VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAQİB HÜSEYNOV

Стандартный

Raqib Adil oğlu Hüseynov (28 iyun 1993Şahbuz rayonuAzərbaycan — 29 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Raqib Hüseynov 1993-cü il iyun 28-də Şahbuz rayonunun Mərəlik kəndində anadan olub.  2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Raqib Hüseynov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2015-2017-ci illərdə Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə, 2017-2020-ci illərdə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə, 2020-ci ildən isə Naftalan şəhərində yerləşən «N» saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun baş leytenantı olan Raqib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Raqib Hüseynov sentyabrın 29-da Talış istiqamətində zamanı həlak olub. Naxçıvan şəhərində dəfn edilib.

Обсуждение закрыто.