Elnur Fəxrəddin oğlu Ağaəhmədov (28 iyun 1998; Xızı rayonu, Azərbaycan — 26 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.
Elnur Ağaəhmədov 1998-ci il iyunun 28-də Xızı rayonunun Sitalçay kəndində anadan olub. 2004-2015-ci illərdə C. Novruz adına Sitalçay kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Elnur Ağaəhmədov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə «gizir» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Ağaəhmədov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində həlak olub. Xızı rayonunun Sitalçay kəndində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.