Daily Archives: 28.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏALK OLANLAR: DOSTƏLİ MƏMMƏDOV

Стандартный

Dostəli Seymur oğlu Məmmədov (28 iyun 1998Suraxanı rayonuAzərbaycan — 18 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Dostəli Məmmədov 1998-ci il iyunun 28-də Suraxanı rayonunda anadan olub.  Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Dostəli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsininFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Dostəli Məmmədov oktyabrın 18-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR AĞAƏHMƏDOV

Стандартный

Elnur Fəxrəddin oğlu Ağaəhmədov (28 iyun 1998Xızı rayonuAzərbaycan — 26 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Elnur Ağaəhmədov 1998-ci il iyunun 28-də Xızı rayonunun Sitalçay kəndində anadan olub.  2004-2015-ci illərdə C. Novruz adına Sitalçay kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elnur Ağaəhmədov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə «gizir» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Ağaəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Ağaəhmədov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində həlak olub. Xızı rayonunun Sitalçay kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAQİB HÜSEYNOV

Стандартный

Raqib Adil oğlu Hüseynov (28 iyun 1993Şahbuz rayonuAzərbaycan — 29 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Raqib Hüseynov 1993-cü il iyun 28-də Şahbuz rayonunun Mərəlik kəndində anadan olub.  2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Raqib Hüseynov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2015-2017-ci illərdə Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə, 2017-2020-ci illərdə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə, 2020-ci ildən isə Naftalan şəhərində yerləşən «N» saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun baş leytenantı olan Raqib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Raqib Hüseynov sentyabrın 29-da Talış istiqamətində zamanı həlak olub. Naxçıvan şəhərində dəfn edilib.