VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SABİR HEYDƏROV

Стандартный

Sabir Ceyhun oğlu Heydərov (27 iyun 1998ŞərədilŞamaxı rayonu – 3 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Sabir Heydərov 1998-ci il iyunun 27-də Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2004-2015-ci illərdə Şamaxı şəhərində E. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Sabir Heydərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə «gizir» hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sabir Heydərov oktyabrın 3-də Füzuli döyüşləri zamanı həlak olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.