VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CƏSARƏT SƏFƏROV

Стандартный

Cəsarət Xaliq oğlu Səfərov (27 iyun 2001Suraxanı rayonuAzərbaycan — 4 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cəsarət Səfərov 2001-ci il iyunun 27-də Suraxanı rayonunda anadan olub. Onun əmisi oğlu — Şahmar Səfərov da Vətən müharibəsi şəhididir. Lənkəran Dövlət Universitetində (LDU) ali təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəsarət Səfərov noyabrın 4-də Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

Обсуждение закрыто.