Daily Archives: 26.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR İLKİN ƏHƏDZADƏ

Стандартный

İlkin Qələmşah oğlu Əhədzadə (26 iyun 1985BakıAzərbaycan SSR — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

İlkin Əhədzadə 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan İlkin Əhədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. İlkin Əhədzadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub. II Şəhidlər Xiyabanında dəfn edilib.

QARABAĞDA HƏLAK OLANLAR: MAYOR SƏRXAN MUXTAROV

Стандартный

Sərxan Muxtarov (tam adı: Sərxan İlqar oğlu Muxtarov; 26 iyun 1988SarıqamışSamux rayonuAzərbaycan — 12 yanvar 2021QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Sərxan Muxtarov 1988-ci ildə Samux rayonunun Sarıqamış dünyaya göz açmışdır. O vaxtlar həmin kənd Xanlar rayonu (indiki Göygöl rayonu) ərazisində idi. Sərxan Muxtarovun atası İlqar Muxtarov Birinci Qarabağ Müharibəsində iştirak etmişdir.

Hərbi xidmət müddətində mayor rütbəsinə qədər yüksəlmiş Dövlət Sərhəd Xidmətinin zabiti Sərxan Muxtarov 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsinin bir çox döyüşlərində və əməliyyatlarında iştirak etmişdir. Qubadlının azad edilməsində böyük şücaət göstərmişdir.

Vətən müharibəsi bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə həmin yerdə vəzifə başında minaya düşərək həlak olmuşdur.