Pərvin Pərviz oğlu İsgəndərov (25 iyun 1995; Qazax rayonu, Azərbaycan — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.
Pərvin İsgəndərov 1995-ci il iyunun 25-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atası — Pərviz İsgəndərovda şəhiddir. 2003-2014-cü illərdə İ. Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.
Pərvin İsgəndərov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Pərvin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Pərvin İsgəndərov oktyabrın 13-də Füzuli döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Qarahəsənli kəndində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.