Rameş Gülverdi oğlu Zəkiyev (25 iyun 2001, Şahağac, Astara rayonu – 15 oktyabr 2020, Hacıməmmədli, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Rameş Zəkiyev 27 iyun 2001-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur.[1] 10 yaşı olanda atası Gülverdi Zəkiyev vəfat etmişdir.
Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət müddətində Ağdam rayonunun Baharlı kəndində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Rameş Zəkiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində minaatan olaraq iştirak etmişdir.Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 15 oktyabr 2020-ci ildə səhər saatlarında Ağdam rayonunun Hacıməmmədli kəndində minamyot mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.