Daily Archives: 24.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: 18 YAŞLI MƏHƏMMƏD MURTUZOV

Стандартный

Məhəmməd Ramazan oğlu Murtuzov (24 iyun 2002XalatalaBalakən rayonu — 9 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məhəmməd Murtuzov 2002-ci il iyunun 24-də Balakən rayonunun Xalatala kəndində anadan olub.

2008-2019-cu illərdə Xalatala kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Məhəmməd Murtuzov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Murtuzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Məhəmməd Murtuzov oktyabrın 9-da Füzuli döyüşləri zamanı həlak olub. Balakən rayonunun Xalatala kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAUR HÜSEYNOV

Стандартный

Zaur Vaqif oğlu Hüseynov (24 iyun 1995Masallı rayonuAzərbaycan — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Zaur Hüseynov 1995-ci il iyunun 24-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub.[1] 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zaur Hüseynov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Masallı rayonunda dəfn edilib.