Röyal Ələkbərov (tam adı: Röyal Fərmail oğlu Ələkbərov, 23 iyun 1994; Qıvraq, Kəngərli, Naxçıvan MR – 16 oktyabr, 2020; Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 2000—2008-ci illərdə kənd tam orta məktəbində təhsil alıb.
2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olur və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin tağım komandiri vəzifəsində xidmətə başlayır və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsi alır. 2018—2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir.
Röyal Ələkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərmiş, 16 oktyabr, 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Röyal Ələkbərov İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.