Sadiq Nüsrət oğlu Nəcəfli (22 iyun 2000; Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı.
Sadiq Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı «kiçik leytenant» rütbəsi ilə müharibəyə yollandı. Subay idi.
Для отправки комментария необходимо войти на сайт.