Daily Archives: 22.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHBAZ ŞAHBAZOV

Стандартный

Şahbaz Mirzə oğlu Şahbazov (22 iyun 1996QaracəmirliŞəmkir rayonuAzərbaycan — 25 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şahbaz Şahbazov 1996-cı il iyunun 22-də Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Şahbaz Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şahbaz Şahbazov oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SADİQ NƏCƏFLİ

Стандартный

Sadiq Nüsrət oğlu Nəcəfli (22 iyun 2000Biləsuvar rayonuAzərbaycan — 6 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı.

Sadiq Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı «kiçik leytenant» rütbəsi ilə müharibəyə yollandı. Subay idi.

Azərbaycan Ordusunun kiçik leytenantı olan Sadiq Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sadiq Nəcəfli noyabrın 6-da Şuşa döyüşləri zamanı həlak olub. Biləsuvar rayonunda dəfn edilib.