VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAHİB BABAYEV

Стандартный

Rahib Babayev (tam adı: Rahib Bəxtiyar oğlu Babayev; 19 iyun 1985;KülüsŞahbuzAzərbaycan – 30 sentyabr 2020KəlbəcərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Ailəli idi. Üç övladı yadigar qaldı.

Rahib Babayev orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. İlk xidmət yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi «N» saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olmuşdur.

Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. «Canavar» postunun alınmasında iştirak etmiş və sentyabrın 30-da həlak olmuşdur. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Обсуждение закрыто.