
Rahib Babayev (tam adı: Rahib Bəxtiyar oğlu Babayev; 19 iyun 1985;Külüs, Şahbuz, Azərbaycan – 30 sentyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.
Rahib Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdur. Ailəli idi. Üç övladı yadigar qaldı.
Azərbaycan Ordusunun mayoru olan Rahib Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. «Canavar» postunun alınmasında iştirak etmiş və sentyabrın 30-da həlak olmuşdur. Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.