Daily Archives: 18.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAMAZAN VƏLİYEV

Стандартный

Ramazan Hilal oğlu Vəliyev (18 iyun 1995AşqabadTürkmənistan — 29 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Ramazan Vəliyev 1995-ci il iyunun 18-də Türkmənistanın Aşqabad şəhərində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramazan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramazan Vəliyev noyabrın 29-da Şuşa istiqamətində həlak olub. Masallı rayonunun Şərəfə kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLALAR: BƏHRUZ ABUŞOV

Стандартный

Bəhruz Zabit oğlu Abuşov (18 iyun 1983Qəbələ rayonuAzərbaycan SSR — 8 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Bəhruz Abuşov 1983-cü il iyunun 18-də Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub.[1] 1989-2000-ci illərdə Nohurqışlaq kənd tam orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru olan Bəhruz Abuşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin CəbrayılınHadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Bəhruz Abuşov noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Qəbələ rayonunun Nohurqışlaq kəndində dəfn edilib.