Daily Archives: 17.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD HÜSEYNOV

Стандартный

Fərid Yaşar oğlu Hüseynov (17 iyun 1997MəmişlərSabirabad rayonuAzərbaycan — 31 oktyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Fərid Hüseynov 17 iyun 1997-ci ildə Sabirabad rayonunun Məmişlər kəndində anadan olmuşdur. Fərid Hüseynovun ailəsində 3 uşaq olub — özü və bacıları Günay və Aytən. 2004-cü ildə orta məktəbin birinci sinfinə daxil olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 2015-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2016-cı ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur.

Fərid Hüseynov 21 sentyabr 2020-ci ildə Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən səfərbərliyə çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Hüseynov 31 oktyabr 2020-ci ildə Şuşa istiqamətində qarşı tərəfin artilleriyasından atılan atəş nəticəsində həlak olmuşdur. Nəşi Sabirabad rayonunun Qaralar kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN ABBASOV

Стандартный

Elvin Səxavət oğlu Abbasov (17 iyun 1993ÇarhanŞamaxı rayonu – 22 noyabr 2020Ağcabədi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elvin Abbasov 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub.

Elvin Abbasov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elvin Abbasov noyabrın 8-də Şuşa döyüşləri zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də vəfat edib. Şamaxı Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: OSMAN CƏFƏROV

Стандартный

Osman Elsevər oğlu Cəfərov (17 iyun 1998Otuzikiİmişli rayonuAzərbaycan — 4 noyabr 2020Laçın rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Osman Cəfərov 1998-ci il iyunun 17-də İmişli rayonunun Otuziki kəndində anadan olub.[1] 2005-2016-cı illərdə İmişli şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil alıb. Subay idi.

Osman Cəfərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Osman Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Osman Cəfərov noyabrın 4-də Laçın döyüşləri zamanı həlak olub. İmişli rayonunda dəfn edilib.