QARABAĞDA HƏLAK OLANLAR: NAMİQ ƏBDÜLƏLİYEV

Стандартный

Namiq Əbdüləliyev (tam adı: Namiq Qasım oğlu Əbdüləliyev; 16 iyun 1973BaşlıbelKəlbəcər rayonu – 23 iyul 1992AlçalıKəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Namiq Əbdüləliyev 1973-ci il iyunun 16-da Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açmışdır. O, 1989-cu ildə Başlıbel kənd orta məktəbini bitirib, Qılınclı kənd texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdi.

1991-ci ilin iyul ayının 14-də hərbi xidmətə çağrılıb. Altı ay Ukraynada xidmət etdikdən sonra Vətənə qayıdıb. Geri dönən gündən etibarən Milli Ordunun tərkibində sərhədlərimizin keşiyində durub. 1992-ci il iyul ayının 23-də Alçalı postunda döyüşərkən 2 əsgər yoldaşı ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.

Başlıbel kənd qəbiristanlığında dəfn edilmişdir.

Обсуждение закрыто.