Daily Archives: 16.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLƏKBƏR MUSAYEV

Стандартный

Ələkbər Əlövsət oğlu Musayev (16 iyun 1999Cəlilabad rayonuAzərbaycan — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ələkbər Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Ələkbər Musayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub.

Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il aprelin 27-də nəşi tapılıb.

QARABAĞDA HƏLAK OLANLAR: NAMİQ ƏBDÜLƏLİYEV

Стандартный

Namiq Əbdüləliyev (tam adı: Namiq Qasım oğlu Əbdüləliyev; 16 iyun 1973BaşlıbelKəlbəcər rayonu – 23 iyul 1992AlçalıKəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Namiq Əbdüləliyev 1973-ci il iyunun 16-da Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açmışdır. O, 1989-cu ildə Başlıbel kənd orta məktəbini bitirib, Qılınclı kənd texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdi.

1991-ci ilin iyul ayının 14-də hərbi xidmətə çağrılıb. Altı ay Ukraynada xidmət etdikdən sonra Vətənə qayıdıb. Geri dönən gündən etibarən Milli Ordunun tərkibində sərhədlərimizin keşiyində durub. 1992-ci il iyul ayının 23-də Alçalı postunda döyüşərkən 2 əsgər yoldaşı ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.

Başlıbel kənd qəbiristanlığında dəfn edilmişdir.