VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURAL HƏSƏNOV

Стандартный

Tural Rauf oğlu Həsənov (15 iyun 1997Sahil – 31 dekabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əslən Laçın rayonu Mişni kəndindən Həsənov Tural Rauf oğlu 1997-ci il iyun ayının 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 2003-cü ildən Qaradağ rayonununÜmid qəsəbəsindəki 294 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakültəsinə qəbul olub. 2018-ci ildə həmin universitetdən məzun olmuşdur. 2018-ci il iyul ayı çağırışı ilə hərbi xidmətə getmiş, 2019-cu il iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci il sentyabr ayının 21-də Tural Səfərbərlik xidmətinin çağırışı ilə hərbi xidmətə getmişdir. 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşınlarında minaya düşərək həlak olmuşdur

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.