Böyükağa Şahverdiyev (15 iyun 1998, Biləsuvar rayonu, Azərbaycan — 8 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvarda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. 2019-cu ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən «N» saylı hərbi hissəsində qulluq edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin Cəbrayıl, Füzuli, istiqamətlərində döyüşlərdə minaatan vəzifəsində iştirak edib. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə həlak olub. 9 oktyabr 2020-ci ildə Biləsuvardakı «Cəbrayıl qəsəbəsi»ndə salınmış Şəhidlər Xiyabanında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.