Daily Archives: 14.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SABİR ƏHMƏDOV

Стандартный

Sabir Səfər oğlu Əhmədov (14 iyun 1989QəhrəmanlıBeyləqan rayonu – 26 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sabir Əhmədov 1989-cu il iyunun 14-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. 2005-2016-cı illərdə Qəhrəmanlı kənd tam orta məktəbində təhsil alıb.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Sabir Əhmədov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sabir Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Sabir Əhmədov oktyabrın 26-da Füzuli döyüşləri zamanı həlak olub. Beyləqan rayonunun Qəhrəmanlı kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏSUL QAZİMƏTOV

Стандартный

Rəsul Kamaləddin oğlu Qazımətov (14 iyun 2001Qusar rayonuAzərbaycan — 14 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəsul Qazımətov 2001-ci il iyunun 14-də Qusar rayonunun Qayakənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2008-2019-cu illərdə Qusar şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Rəsul Qazımətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 14-də Hadrut döyüşləri zamanı bədənindən üç güllə yarası almasına baxmayaraq döyüşməyə davam edən Rəsul Qazımətov, Ermənistan tərəfinin atdığı sonuncu, dördüncü güllənin başına dəyməsi nəticəsində həlak olub. Bir həftə nəşi neytral ərazidə qaldıqdan sonra oktyabrın 21-də Qusar rayonunda dəfn edilib.