VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NAMAZ ALLAHVERDİYEV

Стандартный

Namaz Baxış oğlu Allahverdiyev (13 iyun 2000Şəki rayonuAzərbaycan — 8 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı.

Namaz Allahverdiyev 2000-ci il iyunun 13-də Şəki rayonunun Suçma kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı «kiçik leytenant» rütbəsi ilə müharibəyə yollandı. Subay idi.

Azərbaycan Ordusunun kiçik leytenantı olan Namaz Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı  Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Namaz Allahverdiyev noyabrın 8-də Şuşa döyüşləri zamanı həlak olub. Şəki rayonunda dəfn edilib.

Обсуждение закрыто.