Elşən Nuriyev (tam adı: Elşən Əliisa oğlu Nuriyev; 13 iyun 1996; Göyçay, Azərbaycan — 4 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elşən Nuriyev 1996-cı il iyunun 13-də Göyçay şəhərində anadan olub.
Elşən Nuriyev (tam adı: Elşən Əliisa oğlu Nuriyev; 13 iyun 1996; Göyçay, Azərbaycan — 4 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elşən Nuriyev 1996-cı il iyunun 13-də Göyçay şəhərində anadan olub.
Elnur İmran oğlu Əsədullayev (13 iyun 1998, Lerik rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.
Elnur Əsədullayev 1998-ci il iyunun 13-də Lerik şəhərində anadan olub. 2005-2016-cı illərdə V. Müslümov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Əsədullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Əsədullayev oktyabrın 14-də Füzuli döyüşləri zamanı həlak olub. Lerik şəhərində dəfn edilib.
Namaz Baxış oğlu Allahverdiyev (13 iyun 2000; Şəki rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı.
Namaz Allahverdiyev 2000-ci il iyunun 13-də Şəki rayonunun Suçma kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı «kiçik leytenant» rütbəsi ilə müharibəyə yollandı. Subay idi.
Для отправки комментария необходимо войти на сайт.