VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN ABDALOV

Стандартный

Nurlan Abdalov (azərb. Abdalov Nurlan Faiq oğlu;12 iyun 2000Sumqayıt – 3 noyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000 — ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirmişdir.

2018- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020 — ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkur məktubu göndərilmişdir.  2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir.

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan 2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə həlak olmuşdur.

5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Обсуждение закрыто.