Daily Archives: 12.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELNUR HACIYEV

Стандартный

Elnur Yaqub oğlu Hacıyev (12 iyun 1979Ucar – 17 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmə edirdi. Azərbaycan Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elnur Hacıyev oktyabrın 17-də Füzuli döyüşləri zamanı həlak olub. Ucar Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN ABDALOV

Стандартный

Nurlan Abdalov (azərb. Abdalov Nurlan Faiq oğlu;12 iyun 2000Sumqayıt – 3 noyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000 — ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirmişdir.

2018- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020 — ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkur məktubu göndərilmişdir.  2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir.

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan 2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə həlak olmuşdur.

5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.