Fərid Ehtibar oğlu Hüseynov (11 iyun 1994; Qayabaşı, Şəki rayonu, Azərbaycan — 29 sentyabr 2020; Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,
Fərid Hüseynov 11 iyun 1994-cü ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra Fərid Hüseynov 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərid Hüseynov 29 sentyabr Kəlbəcər rayonunda yerləşən Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.