VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN SÜLEYMANOV

Стандартный

Orxan Oruc oğlu Süleymanov (10 iyun 1990SaloğluAğstafa rayonu – 2020MandılıFüzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Orxan Süleymanov 1990-cı il iyunun 10-da Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. 1996–2007-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Orxan Süleymanov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2011-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizirlik kursu keçib. Hərbi fəaliyətə Beyləqan rayonunda başlayıb. 2017-ci ildə Qusar rayonunda «N» saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsini icra edib. Daha sonra Beyləqan rayonunda xidmətini davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Orxan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Süleymanov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Saloğlu qəsəbəsində dəfn edilib.

Реклама

Обсуждение закрыто.