Ayaz Sultan oğlu İbrahimov (10 iyun 1998, Məmmədrza Dizə, Babək rayonu, Azərbaycan — 9 noyabr 2020, Şuşa, Azərbaycan) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qüvvələrinin çavuşu,
Ayaz İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində kəndində anadan olub.[1] 2004–2015-ci illərdə Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıdıb.
2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb.
Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. 13 noyabr 2020-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.