VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MÜTƏLLİB SEROV

Стандартный

Mütəllib Arif oğlu Serov (9 iyun 2000ZilibanZaqatala rayonu — 9 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub.

2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi.

Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Mütəllib Serov oktyabrın 9-da Füzuli döyüşləri zamanı həlak olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb.

Обсуждение закрыто.