VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: EMİN ƏMRAHOV

Стандартный

Emin Əvəz oğlu Əmrahov (9 iyun 1989Ağstafa rayonuAzərbaycan SSR — 27 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Emin Əmrahov 1989-cu il iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1996-2007-ci illərdə Gəncə şəhərində M. Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Dörd övladı yadigar qaldı.

Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Emin Əmrahov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn edilib.

Реклама

Обсуждение закрыто.