Daily Archives: 08.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYIL QURBANOV

Стандартный

Mayıl Mayis oğlu Qurbanov (8 iyun 1996Xoşçobanlıİmişli rayonuAzərbaycan – 3 noyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə daşınmışdır. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirmişdi. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qaldı.

Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəsinə göndərilmişdir. 2016-cı il yanvarın 2-də hərbi xidmətini bitirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərQubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mayıl Qurbanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı Qubadlı rayonu ərazisində həlak olub. İmişli rayonunun Xoşçobanlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İKRAM MƏMMƏDOV

Стандартный

İkram Ehtiram oğlu Məmmədov (8 iyun 2002ÇiləgirXaçmaz rayonuAzərbaycan — 13 oktyabr 2020Aşağı SeyidəhmədliFüzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İkram Məmmədov 8 iyun 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuşdur. 20082017-ci illərdə Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil almışdır. 20172020-ci illərdə Xaçmaz rayonu 97 nömrəli peşə liseyində traktorçu-maşınist ixtisası üzrə təhsilini davam etdirmişdir.

İkram Məmmədov 17 iyun 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Qazax rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan İkram Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 13 oktyabr2020-ci ildə Füzuli rayonununAşağı Seyidəhmədli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan İkram Məmmədovun nəşi 12 yanvar2021-ci ildə tapılmış və doğulduğu Xaçmaz rayonununÇiləgir kəndində torpağa tapşırılmışdır.