Daily Archives: 07.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAMİR ALLAHVERDİYEV

Стандартный

Samir Elçin oğlu Allahverdiyev (7 iyun 2001Lənkəran şəhəriAzərbaycan — 22 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Samir Allahverdiyev 2001-ci il iyunun 7-də Lənkəran şəhərində anadan olub. 2007-2018-ci illərdə R.Məmmədov adına 5 saylı Lənkəran şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Samir Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Samir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Samir Allahverdiyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı həlak olub. Lənkəran şəhərində torpağa tapşırılıb.