Daily Archives: 05.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURAL ASLANOV

Стандартный

Tural Elşən oğlu Aslanov (5 iyun 1992Yardımlı rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Tural Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çay Üzü kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Aslanov noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub. Yardımlı rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MANSUR TEYMUROV

Стандартный

Mansur Teymurov (tam adı: Mansur Elnur oğlu Teymurov, 5 iyun 1999İkinci ŞahsevənBeyləqan – 18 oktyabr 2020Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu.

Mansur Teymurov 5 iyun 1999-cu ildə Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olmuşdur.

Mansur Teymurov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.