VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİCAT HÜSEYNOV

Стандартный

Nicat Ziyafət oğlu Hüseynov (4 iyun 1997Əli-Bayramlı – 11 oktyabr 2020Füzuli rayonu)

Nicat Hüseynov. 4 iyun 1997-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdu. O birinci sinfə N.Quliyev adına 9 saylı orta məktəbdə başlamış, 11-ci sinfi B.Aslanov adına 16 saylı orta məktəbdə başa vurmuşdur.

Nicat 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdı. O, könüllü olaraq «Aprel döyüşləri»ndə iştirak etmək üçün arxa cəbhədən ön cəbhəyə seçilmiş 10 əsgərdən biri olmuşdu. Nicat qısa sürən döyüşlərdə yaxından iştirak etmiş və yüngül xəsarət almışdı. Hərbi xidmət zamanı snayperçi kursunu bitirmişdir. 

Hərbi xidməti başa vurduqdan sonra Nicat Hüseynov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və Müdafiə İdarəsində böyük atıcı işləmişdi.

2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində iştirak etmək üçün Nicat könüllü olaraq hərbi xidmətə yazıldı.

Nicat Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxarmışdı.  23 yaşlı Nicat Hüseynov 16-cı döyüş yoldaşını xilas edərkən qəhrəmanlıqla həlak oldu.

Nicat Hüseynovun nəşi 11 oktyabr tarixində Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

vikipediya

Обсуждение закрыто.