Daily Archives: 04.06.2021

ЯЙЦА ЛУКАШЕНКО ДЛЯ ВЛАДИМИРА ВЛАДИМИРОВИЧА

Стандартный

ПРОТАСЕВИЧ: Про яйца? Готов сказать! Давайте сразу и про молоко, чтобы два раза…
ЛУКАШЕНКО: Щенок, я не про куриные яйца!
ПОТАСЕВИЧ: А про чьи яйца?
ЛУКАШЕНКО: Про мои яйца! Про мои!
ПРОТАСЕВИЧ: А что сказать про ваши яйца? Я о ваших яйцах представления не имею…
ЛУКАШЕНКО: Скажешь, что у Александра Григорьевича Лукашенки яйца стальные!
ПРОТАСЕВИЧ: Скажу, С радостью, Это тоже для Запада?
ЛУКАШЕНКО: Нет, это для Владимира  Владимировича. Чтобы он мне еще пятьсот миллионов долларов дал и чтобы по всем морям катал…
Мирза АЛИЛ

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİCAT HÜSEYNOV

Стандартный

Nicat Ziyafət oğlu Hüseynov (4 iyun 1997Əli-Bayramlı – 11 oktyabr 2020Füzuli rayonu)

Nicat Hüseynov. 4 iyun 1997-ci ildə Əli Bayramlı şəhərində anadan olmuşdu. O birinci sinfə N.Quliyev adına 9 saylı orta məktəbdə başlamış, 11-ci sinfi B.Aslanov adına 16 saylı orta məktəbdə başa vurmuşdur.

Nicat 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdı. O, könüllü olaraq «Aprel döyüşləri»ndə iştirak etmək üçün arxa cəbhədən ön cəbhəyə seçilmiş 10 əsgərdən biri olmuşdu. Nicat qısa sürən döyüşlərdə yaxından iştirak etmiş və yüngül xəsarət almışdı. Hərbi xidmət zamanı snayperçi kursunu bitirmişdir. 

Hərbi xidməti başa vurduqdan sonra Nicat Hüseynov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və Müdafiə İdarəsində böyük atıcı işləmişdi.

2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində iştirak etmək üçün Nicat könüllü olaraq hərbi xidmətə yazıldı.

Nicat Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxarmışdı.  23 yaşlı Nicat Hüseynov 16-cı döyüş yoldaşını xilas edərkən qəhrəmanlıqla həlak oldu.

Nicat Hüseynovun nəşi 11 oktyabr tarixində Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD BABAYEV

Стандартный

Rəşad Ağabəy oğlu Babayev (4 iyun 1992Sabunçu rayonuAzərbaycan — 10 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Rəşad Babayev 1992-ci il iyunun 4-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarında cüdo idman növü ilə məşğul olub və Azərbaycan daxili yarışlarda bir sıra uğurlara imza atıb. 1998-2009-cu illərdə Nizami rayonunda 277 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-2013-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. 2019-cu ildən Nigar Babayeva ilə ailəli idi.

Rəşad Babayev 2014-2015-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 25 iyun 2014-cü ildə «kiçik gizir», 24 noyabr 2017-ci ildə isə «gizir» hərbi rütbəsin alıb.

Azərbaycan Ordusunun giziri olan Rəşad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşad Babayev oktyabrın 10-da Hadrut döyüşləri zamanı həlak olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilib.