VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAVİD HÜSEYNOV

Стандартный

Cavid Natiq oğlu Hüseynov (3 iyun 2001, Tovuz – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cavid Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub.[1] 2007-2016-cı illərdə Tovuz şəhərində N.Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, 2016-2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Cavid Hüseynov peşəkar idmanla maraqlanıb. 2018-ci ildə Taekvando üzrə gənclər arasında Respublika çempionu olub] Subay idi.

Cavid Hüseynov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Cavid Hüseynov oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə həlak olub. Tovuz şəhərində torpağa tapşırılıb.

Обсуждение закрыто.