Daily Archives: 03.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAVİD HÜSEYNOV

Стандартный

Cavid Natiq oğlu Hüseynov (3 iyun 2001, Tovuz – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cavid Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub.[1] 2007-2016-cı illərdə Tovuz şəhərində N.Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, 2016-2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Cavid Hüseynov peşəkar idmanla maraqlanıb. 2018-ci ildə Taekvando üzrə gənclər arasında Respublika çempionu olub] Subay idi.

Cavid Hüseynov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Cavid Hüseynov oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə həlak olub. Tovuz şəhərində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SALYANLI ELMİR MƏMMƏDOV

Стандартный

Elmir Məmmədov (tam adı: Elmir Arzu oğlu Məmmədov; 3 iyun 1999XocalıSalyan rayonu – 27 sentyabr 2020Daşkəsən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Elmir Məmmədov sentyabrın 27-də həlak olub. Salyan rayonunun Xocalı kəndində dəfn edilib.