Daily Archives: 02.06.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURƏHMƏD ULUBƏYOV

Стандартный

Ulubəyov Nurəhməd Hacıbəy oğlu — (2 iyun 1996BakıAzərbaycan — 8 oktyabr 2020CəbrayılAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri.

Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1996-cə ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olub. 9 oktyabr 2020-ci ildə Bakıda II Fəxri Xiyabanda dəfn edilib.