VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜSAL MURADOV

Стандартный

Vüsal Cəsarət oğlu Muradov (19 may 1999SumqayıtAzərbaycan — 29 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı.

Vüsal Muradov 1999-cu il mayın 19-da Sumqayıt şəhərində anadan olub.[1] Əslən Ağdam rayonunun Qasımbəyli kəndindən idi. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı «kiçik leytenant» rütbəsi ilə müharibəyə yollandı. Subay idi.

Azərbaycan Ordusunun kiçik leytenantı olan Vüsal Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüsal Muradov oktyabrın 29-da Xocavənd döyüşləri zamanı həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.