Tağı İlham oğlu Abdullazadə (5 may 1992; Sədərək, Azərbaycan — 2 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Tağı Abdullazadə 1992-ci il mayın 5-də Sədərək şəhərində anadan olub. 1999-2010-cu illərdə Sədərək şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.
Tağı Abdullazadə 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Tağı Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tağı Abdullazadə noyabrın 2-də Hadrut döyüşləri zamanı həlak olub. Sədərək şəhərində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.