VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAUF İBADOV

Стандартный

İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub.

2002-2013-cü illərdə 2 saylı orta məktəbdə, 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil almışdı.

2017-2018ci illərdə 708 saylı MO hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunmuş, və hərbi hissə komandiri tərəfindən qol saatı hədiyə olaraq verilmişdir.

Uşaq vaxtından rəsmə və incəsənətə olan marağını məktəb və institut dövrlərində olduğu kimi, əsgərlik dövründən sonra da davan etdirmişdir. Universitetdə ilk sərgi Raufun rəsm əsərləri ilə təşkil olunmuşdur və digər müsabiqələrdə iştirak edərək 15ə yaxın fəxri fərmanlarla təltif olunmuşdur.

2020 iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşmüşdür. 

2020ci il sentyabr ayın 21-dən cəbhəyə yola salınmışdır.

Sentyabr ayının 27sindən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunmuşdur.

Hadrut meşəliyində gecə saatlarında, bütün heyət mühasirəyə düşmüş və 6 şəhid vermişlər və Şəhidlərimizdən birinin cəsədini Rauf çiyninə alaraq 20 kilometrlik məsafədə yerləşən arxa posta çatdırıb. Səhərə yaxın gəlib öz mövqeyinə çatmışdır və bunlara baxmayaraq, o komandirlərinə ön cəbhədə vuruşacağını və yeni post alacağını dəfələrlə söyləmişdir. Bu müddət ərzində o gizir vəzifəsinə təyin olunmuş və 052 saylı briqadaya rabitəçi təyin olunmuşdur.

Son məlumata görə, 23 oktyabr tarixində, Laçın Dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv etmiş və qəhramancasına həlak olmuşdur. Cəsədləri bir neçə gün neytral ərazilərdə qalmış və atəşkəs elan olunduqdan sonra cəsədləri neytral ərazidən çıxarılmışdır.

30 oktyabr 2020-ci il tarixində, Abşeron rayon, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Обсуждение закрыто.