VƏTƏN MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏNLƏR: QORXMAZ SALAMOV

Стандартный

Qorxmaz Salamov

Qorxmaz Bayram oğlu Salamov (22 aprel 1996Şəki rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Qorxmaz Salamov 1996-cı il aprelin 22-də Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Qorxmaz Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qorxmaz Salamov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı itkin düşüb.

Обсуждение закрыто.