VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAMİN BAĞIROV

Стандартный

250px-Ramin_Bağırov

Ramin Bağırov (tam adı: Ramin Nəriman oğlu Bağırov 19.4.1999, BadamlıŞahbuzAzərbaycan — 27.10.2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı.

Bağırov Ramin Nəriman oğlu 19 aprel 1999-cu ildə Şahbuz rayonu Badamlı qəsəbəsində anadan olub. 2006-cı ildə Şahbuz rayon Badamlı qəsəbəsində 1-ci sinfə daxil olur və 8 il həmin məktəbdə təhsil alır. 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olan o, 2016-cı ildə həmin liseydən məzun olur. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra Naxçıvana geri qayıdıraq yenidən orduya yazılır. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyatçı kursunu keçərək xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlayır. Sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsinə 18 oktyabr tarixindən qatılır. Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edir. 27 oktyabr tarixində döyüşlərin birində həlak olur. 30 oktyabr 2020-ci ildə Şahbuz rayon Badamlı kənd məzarlığında dəfn edilib.

Обсуждение закрыто.