VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SALYANLI KAPİTAN RƏŞAD ƏLİYEV

Стандартный

Rəşad Əmiralı oğlu Əliyev (17 aprel 1991Salyan rayonuAzərbaycan — 5 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Rəşad Əliyev 1991-ci il aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Ailəli idi. Zəhra adında bir qızı və Tunar adında bir oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Rəşad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşad Əliyev noyabrın 5-də Şuşa döyüşləri zamanı həlak olub. Salyan rayonunda dəfn edilib.

Обсуждение закрыто.