Sadiq Bağırzadə (tam adı: Sadiq şahin oğlu Bağırzadə; 15 aprel 2002; Ərçivan, Astara rayonu — 30 sentyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Sadiq Şahin oğlu Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayon Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib. Evin tək oğlu olan Sadiq 2019-cu ildə məktəbi bitirib. Kiçik yaşlarından boksla məşğul olub. Boks üzrə Azərbaycan komandasının üzvü olub. İdman karyerasında medallar qazanıb və diplomla təltif edilib, respublika birincisi olub.
Для отправки комментария необходимо войти на сайт.